Ağ ev uşaq dünyaya gətirmək üçün ABŞ-a səfər edən xaricilərə viza verilməsini sərtləşdirməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ prezident administrasiyasının nümayəndələrinə istinadən xəbər yayıb.
Məlumatda qeyd olnur ki, ABŞ Konstitusiyasının edilmiş 14-cü düzəlişə uyğun olaraq onun ərazisində dünyaya gələn uşaqlar avtomatik ABŞ vətəndaşı sayılırlar. Prezident Donald Tramp bu düzəlişi “açıq-aşkar gülməli” adlandırıb.
“Dəyişikliklər milli təhlükəsizlik problemləri və “analıq turizmi” ilə əlaqədar risklərlə mübarizə aparmaqda hüquq-mühafizə orqanlarına kömək edəcək”, – deyə Ağ evdəki mənbə bildrib.
Qeyd edək ki, hər il ABŞ ərazisində əcnəbilər tərəfindən 33 min uşaq dünyaya gətirilir.