Kopernik İqlim Dəyişikliyi xidməti fevral ayında Rusiyada temperaturun yüksək olacağını proqnozlaşdırır.
Teleqraf.com xəbər verir ki, bunun uzun müddətli olacağını qeyd edən qurum fevralda havanın temperaturunun iqlim normasından 6-8 dərəcə yuxarı qalxacağını açıqlayıb.
Rusiyanın Avropa bölgəsində isə temperatur 1.5-4 dərəcə yüksələcək.
Fevralın 2-dək Avropadakı orta temperatur iqlim normasından 4-6 dərəcə yüksək olacaq. Bu norma fevralın 9-dək bir qədər azalacaq və əsasən 2-3 dərəcə olacaq. Ancaq ayın ortasından yenidən istiləşmə başlayacaq və bu tendensiya fevralın 23-dək davam edəcək.
Meteoroloqlar fevralın 10-dan 16-dək ən isti günləri proqnozlaşdırırlar. Bu dövrdə Avropanın bəzi bölgələrində temperatur 8 dərəcəyə çata bilər, ayın son həftəsində isə bu 1,5 dərəcəni keçməyəcək.