İsrail Hərbi Hava Qüvvələrinə məxsus 8 ədəd F-16 tipli hərbi təyyarə şiddətli yağışlar nəticəsində suya qərq olub.
Teleqraf.com xəbər verir ki, ölkənin cənubundakı Hatzor hərbi hava limanında olan qırıcılara ciddi ziyan dəyib.
F-16 qırıcı təyyarələrinin sensoru və bəzi avionika sistemləri ağır zədələnib.
İsrail Hərbi Hava Qüvvələri (HHQ) təyyarələri təxliyə etmədikləri üçün yanlışlığa yol verdiyini açıqlayıb və hadisədən dərs çıxaracaqlarını bəyan ediblər.
Xatırladaq ki, İsrail HHQ daha öncəki açıqlamada sadəcə bir neçə təyyarəyə zərər dəydiyini, onların təmirə ehtiyac olduğunu bəyan etmişdi.