24 Yanvar 2020 22:13
2 428
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda səfərdə olan Almaniya Kansleri Angela Merkel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında çətin vəziyyətə düşüb.

Teleqraf.com xəbər verir ki, Liviyada vəziyyətin müzakirəsinə dair Berlində keçirilən konfransa toxunan Merkel toplantı iştirakçılarının 55 maddəni qəbul etdiyini söyləyib. Onun sözlərinə görə, Haftar sadəcə atəşkəsi qəbul edib.

Merkelin bu fikrinə müdaxilə edən Ərdoğan “Xanım kansler, imza atdımı” sualını ünvanlayıb. Cavab tapmaqda çətinlik çəkən Almaniya kansleri “Bəlkə də doğru başa düşülməyib. Bəli, doğrudan da Haftar 55 maddəni qəbul etdiyini söyləməyib, sadəcə atəşkəsi qəbul etdi” deyə bildirib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər