25 Yanvar 2020 14:34
1 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü “Yüzi ilin razılaşması” planının rədd ediləcəyi təqdirdə Fələstin hakimiyyəti öz haqlarını qanuni yollarla qorumaq üçün lazımi tədbirləri görəcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri Fələstin dövlətinin başçısı Mahmud Abbasın köməkçisi Nəbil Əbu Rudeynə deyib.

Açıqlamada İsrail hakimiyyətinə “qırmızı xətti keçməmək”xəbərdarlığı da edilib.

Fələstin Müqavimət Hərəkatının sözçüsü Hazım Qasım isə “Yüz ilin razılaşması” adlanan sülh sənədinin ABŞ seçkiləri öncəsi elan ediləcəyinə diqqət çəkib: “Bu anlaşmanın həyata keçirilməsi üçün bütün cəhdlər xalqımızın dik duruşu və dirənişi qarşısında parça-parça olacaq. Fələstin xalqı gələcəyini özü müəyyən edəcək”.


Müəllif: Cavad

Oxşar xəbərlər