Bolqarıstanın iki rus diplomatını casusluq ittihamı ilə “arzuolunmaz şəxs” elan etməsinə Rusiya tərəfi cavab qarşılıq verəcəyini elan edib.
Teleqraf.com xəbər verir ki, Rusiyanın Sofiyadakı səfiri Anatoli Karpov Bolqarıstan Xarici İşlər Nazirliyinə dəvət edilib, ona iki rus diplomatının ölkədən deportasiya edilməsinə dair nota təqdim olunub.
Səfirlik bildirib ki, bolqar hökumətinin casusluqda günahlandırdğı iki rus diplomatı ilə bağlı hər hansı fakt və dəlil ortaya yoxdur.
Əlavə edilib ki, rus diplomatlar Bolqarıstanı tərk edəcəklər.
Rusiyanın Sofiyadakı diplomatik korpusu bəyan edib ki, Bolqarıstanın bu addımına layiqli cavab veriləcək.