Əfqanıstanın Host əyalətində toy mərasimi zamanı bir neçə əl qumbarası partlayıb.
Teleqraf.com xəbər verir ki, insident nəticəsində azı 20 nəfər xəsarət alıb.
Bildirilir ki, qumbaralar naməlum silahlı tərəfindən atılıb. Xəsarət alanların vəziyyəti barədə məlumat verilmir.