"Microsoft" şirkətinin qurucusu Bill Qeyts koronavirusla mübarizədə Çini dəstəkləyib və təxminən 5 milyon dollar məbləğində yardım edəcək.
Teleqraf.com xəbər verir ki, bu vəsait infeksiyanın daşıyıcılarının müəyyənləşdirilməsi və onların müalicə edilməsi, həmçinin peyvəndin hazırlanmasına xərclənəcək.
Bill Qeyts və həyat yoldaşının xeyriyyə fondunun Çin bölməsinin rəhbəri Li İnonun sözlərinə görə, Afrika ölkələrinə də eyni məbləğdə yardım ediləcək ki, onlar koronavirusun yayılması riskinin qarşısını ala bilsinlər.