Ermənistan Prezidenti Armen Sərkisyanın sağlıq durumunda problemlər var.
Teleqraf.com xəbər verir ki, indiyədək yayılan məlumatlarda Ermənistan prezidentinin yeriməkdə çətinlik çəkdiyi bildirilirdi. Belə ki, məlumatda A.Sərkisyanın əsa ilə hərəkət etdiyi vurğulanırdı.
Bu gün bu iddialar özünü doğruldub. Belə ki, Ermənistan prezidenti bu gün təcavüzkar ölkənin ordu günü münasibətilə “Erablur” hərbi panteonunda keçirilən mərasimə qatılıb. Mərasimdə A.Sərkisyanın əsa ilə hərəkət etdiyi açıq-aşkar nəzərə çarpır.
Onu da bildirək ki, ziyarətdə Ermənistanın Baş naziri Nikol Paşinyan, parlamentin sədri Ararat Mirzoyan, bütün ermənilərin katolikosu II Qaregin və digərləri iştirak edib.
İxtisasca fizik olan 67 yaşlı Armen Sərkisyan 9 aprel 2018-ci ildən Ermənistan prezidentidir.