29 Yanvar 2020 23:44
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezdent Vladimir Putin Rusiyada həbsdə olan İsrail vətəndaşı Naam İssaharın əfv olunması haqda fərman imzalayıb.

Teleqraf.com xəbər verir ki, 11 oktyabr 2019-cu ildə həbs edilən 1993-cü il təvəllüdlü İssahar Naam narkotik qaçaqmalçılığı ittihamı ilə Tel-Əvivə uçarkən “Şeremetyevo” hava limanında saxlanılmışdı. Onun üzərindən 9,6 qram həşiş aşkarlanaraq götürülmüşdü.

İssaharın azad olunması üçün İsrailn Baş Naziri Binyamin Netanyahu Vladimir Putinə müraciət ünvanlamışdı.

Putin İsrailə səfəri zamanı İssaharın anası ilə də görüşmüşdü və ona qızının azadlığı üçün əlindən gələni edəcəyinə söz vermişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər