Belarus Prezidenti Aleksandr Lukaşenko Minskin enerji resursları uğrunda müharibə apardığını bildirib.
Teleqraf.com xəbər verir ki, Belarus lideri deyib:
“Siz görürsünüz ki, bu gün enerji resursları uğrunda müharibə gedir. Bizdə də belə bir dövrdür. Buna görə də qənaət etməyi və öz imkanlarımız daxilində yaşamağı öyrənməliyik”.
Lukaşenko, eyni zamanda məmurlardan Belarus iqtisadiyyatındakı “Rusiya ilə əlaqəli” mənfi hadisələri aradan qaldırmağı tələb edib.
Daha əvvəl bildirilirdi ki, Lukaşenko Belarus hökumətinə Qazaxıstanla neft tədarükü sazişinin layihəsi üzrə danışıqlar aparmağa səlahiyyət verib.