31 Yanvar 2020 08:00
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində koronavirusa yoluxanların sayının 4500 nəfəri ötməsi ilə əlaqədar “Xiaomi” şirkəti epidemiya ilə mübarizədə hökumətlə əməkdaşlığa hazır olduğunu bəyan edib. Bu məqsədlə şirkət xüsusi alış-veriş rejiminə keçərək bir sıra elektronika mağazalarını bağlayıb.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, yanvarın 28-dən etibarən şirkət Çində pərakəndə satış nöqtələrində satışları dayandırıb. Mağazaların fevralın 3-də fəaliyyətini bərpa edəcəyi gözlənilir. Karantinin müddəti uzadılacağı təqdirdə şirkətin müştərilərinə əlavə məlumat veriləcək.

Şirkətin məlumatında mağazaların fəaliyyətinin dayandırılması müddəti ilə yanaşı, elektronika və digər malların alış-verişini istehsalçının rəsmi saytı və ya “Xiaomi Mall” mobil əlavəsi vasitəsilə etmək təklif olunur. Çatdırılma adi rejimdə həyata keçiriləcək. Alıcıların texniki xidmətə ehtiyacı olacağı təqdirdə onlara xüsusi nömrəyə zəng etmək təklif olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər