Yaponiya Xarici İşlər Nazirliyi koronavirus təhlükəsi ilə əlaqədar vətəndaşlarını zəruri ehtiyac yaranmadığı təqdirdə Çinə getməməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Associated Press” agentliyi xəbər yayıb.
Xarici İşlər Nazirliyi koronavirusun daha da yayılmaq təhlükəsi olduğunu qeyd edib və xatırladıb ki, əvvəllər ABŞ və bir sıra digər ölkələr Çinə səfərlərlə bağlı oxşar tövsiyələr səsləndiriblər.
Yaponiya Xarici İşlər Nazirliyi əvvəllər Çinin yalnız Hubey əyalətinə səfər etməməyi tövsiyə etmişdi.