4 Fevral 2020 11:31
2 584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində koronavirus səbəbiylə ölənlərin sayı hər ötən saatda artmaqda davam edir.

Teleqraf.com xəbər verir ki, son 24 saat ərzində 64 nəfərin həyatını itirməsinə səbəb olan virusun mənbəyi elm adamları tərəfindən araşdırılmağa davam edir.

Alimlər koronavirusun yarasalardan keçən digər viruslarla 96 faiz oxşarlığı olduğunu ortaya çıxarıb.

Çində Yunnan əyalətinin cənubunda ölümcül koronavirusun sirli mənşəyinə sahib bir mağara var.

“EcoHealth Alliance” şirkətində xəstəliklər üzrə mütəxəssis olaraq çalışan ekoloq Peter Daszak bu mövzunu araşdırır. O və komandası həm Çində, həm də dünyanın hər yerində mağaralara girərək yarasaları və onların daşıdığı patogenləri araşdırıb.

Həm Peter Daszak, həm də dünyadakı digər elm adamları düşünürlər ki, insan məskənlərinin dünyanın ən ucqar nöqtələrinə yayılması bizi viruslara daha da yaxınlaşdırır.

Peter Daszak düşünür ki, insanların sayı artdıqca, virusların yayılma ehtimalı da çoxalır: “Bu, insan fəaliyyətinin birbaşa məhsuludur. Daha çox insan - daha çox heyvanla təmasda olmaq, xəstəliklərin daha çox yayılması deməkdir”.

Daszakın araşdırmalarına görə, yarasalar insanlara yoluxma ehtimalı yüksək olan “zoonotik infeksiyalar” adlı virus daşıyır.

Çin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi 33 müsbət nümunədən 31-nin vəhşi heyvan ticarəti aparılan bazarın qərb bölgəsindən toplandığını açıqlayıb.

Bu nəticələr yeni koronavirus epidemiyasının vəhşi heyvanların ticarəti ilə sıx bağlı olduğunu ortaya qoyub.

Çində epidemiyanın başlandığı Uhandakı balıq bazarı bağlandıqdan sonra araşdırılıb. SARS kimi koronavirusun da burada satılan heyvandan insana keçdiyi düşünülür.

Koronavirus epidemiyasının mərkəzində olan bu bazarda koala ətindən ilanlara, siçanlara və qurd balalarına qədər çox şey satılır. Çinli səlahiyyətlilər burada satılan vəhşi heyvanları araşdırmağı üçün öz üzərlərinə götürüblər.

“Weibo” sosial mediasında paylaşılan görüntülər heyvanların öldürüldüyü və satışa çıxarıldığı qeyri-sağlam mühiti özündə əks etdirir. Satılan heyvanlar arasında müşk pişikləri, diri tülkülər, nəhəng salamanders, ilanlar, siçanlar, tovuz quşları, kirpi və koalalar var.

Bəzi fotoşəkillərdə "Təzə kəsilmiş, dondurulmuş ət qapınıza gətirilir" ifadəsi də yer alıb. Satıcılar deyirlər ki, "vəhşi təbiət" ticarəti bazar bağlanana qədər fəaliyyət göstərib.


Müəllif: Aysel Azad