Ukrayna və Türkiyə hərbi-maliyyə əməkdaşlığı haqqında saziş imzalayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna prezidentinin saytında məlumat verilib.
Qeyd edilib ki, Ukrayna Prezidenti Vladimir Zelenski və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə iki ölkənin müdafiə idarələrinin rəhbərləri hərbi-maliyyə əməkdaşlığı haqqında, maliyyə yardımının həyata keçirilməsinə dair protokol imzalayıb.
Sazişin şərtlərində Türkiyənin hərbi və ikitərəfli malların alınması üçün Ukrayna Silahlı Qüvvələrinə təxminən 36 milyon dollar ayırması nəzərdə tutulub.