Suriya hava hücumundan müdafiə sistemlərinin az qala məhv edəcəyi, 172 sərnişini daşıyan Airbus 320 model mülki təyyarə təcili Rusiyaya məxsus Hmeymin hərbi bazasına eniş edib.
Teleqraf.com xəbər verir ki, bu açıqlamanı Rusiya Müdafiə Nazirliyi yayıb.
Açıqlamada qeyd edilib ki, sərnişin təyyarəsi çətinliklə olsa da, eniş həyata keçirə bilib.
Əlavə edilib ki, İsrail rejimi Suriya hava hücumundan müdafiə qüvvələrinə qarşı mülki təyyarələrdən qalxan kimi istifadə edir:
“Bu, İsrailin daima istifadə etdiyi fənddir”.
Qeyd edək ki, səhər saatlarında baş verən hadisə zamanı İsrailə aid F-16 qırıcı təyyarəsi Suriya hava sahəsinə daxil olmadan Qolan təpələri üzərindən Dəməşqə 8 raket atıb. Mülki təyyarə də bu səbəbdən Dəməşq hava limanına enə bilməyib.