Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında görüş başlayıb.
Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Perskov deyib.
Onun sözlərinə görə, əlvderişsiz hava şəraiti üzündən nümayəndə heyətləri görüşdə iştirak etməyib.
Belarus Prezidenti Aleksandr Lukaşenko isə Putinlə görüşərkən şikayət edib:
“Bəxtiniz gətirir. Həm dəniz, həm qar. Mənim yaşadığım yerdə demək olar ki, qar qalmayıb. Bax, burda isə yanımızdadır”.
Putin isə əli ilə dağları göstərərək, “Orada daha çox var” deyib.