İraq Asaibi Əhli Haqq hərəkatının baş katibi Qeys Həzali ABŞ-ın rəsmi Bağdada İraqdan geri çəkiləcəyinə dair gizli məlumat göndərdiyini iddia edib.
Teleqraf.com xəbər verir ki, mesajda ABŞ qüvvələrinin İraqı tərk edəcəyi tarixin açıqlandığı bildirilir.
Həzali Əl-Ahd telekanalına müsahibəsində bildirib ki, rəsmi Vaşinqton İraqa göndərdiyi mesajda ABŞ hərbçilərinin geri çəkilmək tələbinə hazır olduqlarını bəyan edib. İl yarım zaman ərzində ABŞ qüvvələrinin İraqı tərk edəcəyi vurğulanıb.
Ehtimallara görə, Birləşmiş Ştatların bu addımı atması ölkədə keçiriləcək prezident seçkiləri ilə əlaqədardır.