12 Fevral 2020 11:35
1 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiyanın Lahey şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsinin cəza verdiyi “serb qəssabı” ləqəbli general Ratko Mladiçin ölməsi haqda yayılan xəbərlər təsdiqini tapmır.

Teleqraf.com xəbər verir ki, Lahey Məhkəməsi bu şəhərin həbsxanasında saxlanılan Serbiya Respublikasının sabiq baş qərargah rəisi Ratko Mladiçin ölməsi haqda xəbərin həqiqət olmadığını açıqlayıb.

Beynəlxalq Məhkəmə “bu xəbər yalandır və inkar edə bilərik” ifadəsini işlədib.

Ratko Mladiçin oğlu Darko Mladiç də atasının ölmədiyini bildirib:

“Atamla 5 dəqiqə əvvəl danışmışam. Vəkili mətbuatın onun ölüm xəbərini yayması haqda bilgi verdikdən sonra atam bizimlə təmasa keçib. Bizə sağ olduğunu, narahat olmamağımızı xahiş etdi. Atamın səhhəti yaxşı deyil, amma yaşayır”.


Müəllif: Cavad

Oxşar xəbərlər