13 Fevral 2020 11:14
1 303
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Talibanının (TTP) Hakimullah Məsud qruplaşmasının lideri Şəhriyar Məsud öldürülüb.

Teleqraf.com xəbər verir ki, qruplaşma lideri yolun kənarına basdırılmış minanın partlaması nəticəsində həyatını itirib.

Hadisə Əfqanıstanın Kunar bölgəsində baş verib.

Məsudun yerinə qrupun başına Mövlana Vali Məhəmmədin keçdiyi açıqlanıb.

Təşkilatın Hakimullah Məsud qruplaşmasının digər lideri Seyfullah Məsud da Hakkani qruplaşması tərəfindən ötən ilin dekabr ayında öldürülmüşdü.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər