13 Fevral 2020 11:49
1 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı bir qrup senator dövlət katibi Mayk Pompeoya məktub göndərərək, Hindistanın Kammu, Kəşmir bölgələrinin işğal siyasəti və ölkədəki müsəlman qaçqınların vətəndaşlıq qanunundan kənar saxlanılmasının araşdırılmasını tələb edib.

Teleqraf.com xəbər verir ki, dövlət katibinə məktubun ABŞ Prezidenti Donald Trampın fevralın 24-25-də Hindistana səfəri öncəsi göndərilməsi diqqət çəkib.

Məktubu respublikaçı senator Linsey Qraham, Tood Younq, habelə demokratik senator Kris Van Hollen, Dik Durbin imzalayıb.

Məktubda Hindistan hakimiyyətinin müsəlmanlara qarşı tətbiq etdiyi siyasətin narahatedici olduğu vurğulanıb.

“Hindistan demokratiya tarixində indiyə qədər 7 milyon insanın tibbi, iş və təhsilə çıxışının qarşısını alan ən uzunmüddətli internet qadağası tətbiq etməkdədir. Həmçinin aralarında önəmli siyasi fiqurların olduğu yüzlərlə kəşmirli həbs edilib”,- dövlət katibinə göndərilən məktubda qeyd edilib.

Qeyd edək ki, ABŞ Prezidenti Tramp və xanımı Hindistanda rəsmi görüşlərini Yeni Dehlidə həyata keçirəcək. Eyni zamanda Hindistanın müstəqillik hərəkatı və Mahatma Qandinin həyatında rolu olan Gujarat əyalətinə gedərək Əhmədabadı ziyarət edəcəklər.


Müəllif: Cavad

Oxşar xəbərlər