13 Fevral 2020 16:17
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Ərzurum şəhərində qəssabxanaya aparmaq üçün maşına mindirilən 900 kiloluq öküz adamların əlindən qaçaraq özünü yola atıb.

Teleqraf.com xəbər verir ki, magistral yolda hərəkət edən öküz nəqliyyat vasitələrinin arasında özünü sağa-sola vurub.

Buğanın sahibi Nəcmi Bulut qəzəbli öküzü uzun müddət tutmağa çalışıb. Ərazidəki insanlar Böyükşəhər Bələdiyyəsinə məlumat verdikdən sonra hadisə yerinə gələn qrup öküzə iynə vurub.
İynənin təsirindən sakitləşən öküzü, nəhayət, tutmaq mümkün olub.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər