Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhədə tanklar və artilleriya qurğuları göndərməyə davam edir.
Teleqraf.com xəbər verir ki, müxtəlif hərbi hissələrin hərbi texnikaları Qaziantep əyalətinə çatdırılıb və buradan Hatay əyalətinə yola düşəcək.
Qeyd edilir ki, hərbi texnikanın Suriya ilə sərhədə göndərilməsinin məqsədi hərbi hissələrin gücləndirilməsidir.