14 Fevral 2020 14:04
1 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu Çinin Uhan şəhərində insanların ölümünə səbəb olan koronavirusun fotolarını yayımlayıb.

Teleqraf.com xəbər verir ki, institutun Montana ştatındakı Hamilton laboratoriyası ötürmə elektron mikroskoplarında koronavirusun görünüşünü təsvir edib.

İnstitutun yazılı açıqlamasında bildirilib ki, koronavirusun yayılmasına SARS virusu səbəb olub. Virus səthindəki taclara görə belə adlandırılıb. Virusun adı latın mənşəli “korona” sözündən (mənası “tac”) götürülüb.

Eyni zamanda, institut “Covid-19” peyvəndinin inkişafı ilə bağlı tədqiqatların nəticəsini də paylaşıb.

Xatırladaq ki, koronavirusdan ölənlərin sayı 1383 nəfərə çatıb. Virusa yoluxan 64437 nəfər var, onlardan 6919 nəfər müalicə olunur.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər