17 Fevral 2020 11:11
4 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Hərbi Müdafiə Qüvvələrinin Tvitter sosial şəbəkəsində rəsmi olaraq təsdiq edilmiş hesabında paylaşılan foto müzakirə mövzusuna çevrilib.

Teleqraf.com xəbər verir ki, gənc bir qadına aid olan foto heç bir açıqlama olmadan paylaşılıb.

Ölkədə şok effekti yaradan foto sosial şəbəkədə günün mövzusuna çevrilib. Bu günədək hərbi rəsmlər və bu kimi məsələlərə dair məlumatların paylaşıldığı hesabda belə bir fotonun yer alması qəribə qarşılanıb.

Foto yüz minlərlə sosial şəbəkə istifadəçisi tərəfindən bəyənilib.

İsrail Müdafiə Qüvvələri açıqlama yayaraq, hesabın HƏMAS-ın haker hücumuna məruz qaldığını açıqlayıb.

Həmin fotonu təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər