19 Fevral 2020 10:14
1 683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sudan Xalq Konqresi Partiyası Fələstin Fəth Hərəkatından qovulan, Birləşmiş Ərəb Əmirliklərinin Yəməndəki sui-qəsdlərinin icraçısı olduğu bildirilən Məhəmməd Dahlanı Sudanı parçalamaq üçün İsraillə əməkdaşlıq etməkdə ittiham edib.

Teleqraf.com xəbər verir ki, partiya lideri Bəşir Adəm Dərfur bölgəsi ilə ölkənin şərqini Sudandan ayırmaq üçün Dahlanın İsraillə gizli ibirliyində olduğunu deyib.

Adəm ölkəsinin Cənubi Sudanda silahlı qruplaşmalarla apardığı danışıqların Sudanın bölünməsinə yol açacağını bildirib:

“Sudanın İsraillə münasibətlərinin normallaşması Təl-Əvivin ölkəmizi parçalamaq planına xidmət edir. Dərfuru və Qırmızı dənizi talamaq üçün şərq bölgələrini Sudandan qoparmaq istəyirlər. İsrail də BƏƏ-nin maraqları üçün bu məqsədlə Məhəmməd Dahlana dəstək verir”.

Bəşir Adəm Sudandakı hərbi xuntanın başçısı general Əbdülfəttah əl-Burxana müraciət edərək, təcili İsraillə münasibətləri dayandırmağa çalışır.

Burxan yanvarın 3-də Uqandada İsrail Baş naziri Binyamin Netanyahu ilə görüşüb. Rəsmi Təl-Əvivin yaydığı açıqlamada görüşün Uqanda dövlət başçısı Yoveri Museveninin təşəbbüsü ilə baş tutduğunu açıqlayıb.

Netanyahu görüş haqda “İki ölkə arasındakı münasibətləri normallaşdırmaq üçün əməkdaşlığa başalamaq məsələsində razılığa gəldik” açıqlamasını vermişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər