Türkiyənin Yalova şəhərində polisin keçirdiyi əməliyyat nəticəsində fahişəliklə məşğul olan 50 nəfər saxlanılıb.
Teleqraf.com xəbər verir ki, saxlanılanlar arasında Azərbaycan, Özbəkistan və Qırğızıstandan olan qadınlar var.
İlkin dindirilmədən sonra qadınların iş adıyla Türkiyəyə gətirilərək, zorla fahişəliyə məcbur edildiyi ortaya çıxıb.
Əməliyyatlar Yalovada yerləşən 5 otel və 14 evdə keçirilib.
Saxlanılanlardan 28 nəfəri əcnəbi qadın, 22 nəfəri isə bu cinayətdə məsuliyyət daşıyan şəxslərdir.