19 Fevral 2020 12:13
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Novosibirsk şəhərindən Moskvaya uçan “Smartavia” Hava Yolları şirkətinə məxsus təyyarə Tümendə sərnişinlərdən birinin səhhətinin pisləşməsi səbəbindən planlaşdırılmamış eniş edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Hava yolları şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, Moskva vaxtı ilə saat 07:20-də uçuş idarəetmə mərkəzinə 5N238 nömrəli reysdə bir sərnişinin xəstələndiyini bildirən mesaj gəlib.

Saat 07:49-da təyyarə bu səbəbdən Tümen hava limanında uğurla eniş edib. Bir neçə təcili yardım maşını hava gəmisinin yaxınlığına gətirilib. Həkimlər 59 yaşlı sərnişinə insult diaqnozu qoyublar, o, hazırda xəstəxanadadır.

Təyyarədə ümumilikdə 165 sərnişin olub. Bütün lazımi tədbirlər görüldükdən sonra “Boeing 737” Moskvaya uçub.


Müəllif: Səxavət