19 Fevral 2020 21:28
2 613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Bir gece ansızın gelebiliriz" sözlərindən sonra ordu İdlibdə mövqelərini daha da möhkəmləndirib.

Teleqraf.com xəbər verir ki, türk ordusu Əsəd qüvvələrinin İdlibə hücumlarının qarşısını almaq üçün yeni məntəqələr inşa edib, hərbi texnikaları ön cəbhəyə yerləşdirib.

Qeyd edək ki, Ərdoğan bu gün AKP-nin qrup toplantısında bəyan edib ki, bu ana qədər arzu edilən nəticəyə çatılmayıb:

“Masada bizim istədiyimiz yerin çox uzaqda olduğu reallıqdır. Türkiyə İdlib məsələsində öz hərəkət planına uyğun olaraq hazırlığını görüb. “Bir gecə qəfildən gələ bilərik” deyirik. Daha açıq ifadə ilə İdlib əməliyyatı bir an məsələsidir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər