21 Fevral 2020 11:00
1 745
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin üzvləri dövlət katibi Mayk Pompeoya məktub göndərərək, İdlibə olunan hücumlara görə Bəşər Əsəd rejimi və Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, dövlət katibinə məktubu Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Eliot Engel və Mixail Mkaul yazıb.

Rusiya, Bəşər Əsəd rejimi, İran və Hizbullah tərəfindən İdlibə edilən hücumlar nəticəsində 1730 mülki insanın öldürüldüyü vurğulanan məktubda, Rusiya və Əsəd rejiminə diplomatik təzyiqlərin, iqtisadi sanksiyaların tətbiq edilməsi istənilib.

“Rusiyanın beynəlxalq normaların əksinə olaraq, dəfələrlə xəstəxanaları bombaladığı və illərlə Suriyada səhiyyə xidməti göstərələnlərə hücum etdiyi təsdiqlənib. Bu səbəblə sizdən beynəlxalq formullarda bu biabırçı addımların səsləndirilməsini və hərbi cinayətləri mövzusunda Rusiyanın məsuliyyət daşıdığının elan olunmasını istəyirik”,-konqresmenlərin dövlət katibinə yazdığı məktubda qeyd edilir.

Məktubda Türkiyəyə İdlibə Rusiya və Bəşər Əsəd hücumlarının dayandırılması üçün etdiyi cəhdlərə görə təşəkkür edilir və bölgədəki insan fəlakətinin qarşsının alınması üçün daha çox iş görməyə çağırılır.


Müəllif: Cavad

Oxşar xəbərlər