23 Fevral 2020 09:27
1 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Silahlı Qüvvələri və Taliban döyüşçüləri gözlənilən sülh sazişinin imzalanmasını təmin etmək üçün hərbi əməliyyatları bir həftə müddətində azaltmaq barədə razılığa gəliblər.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin generalı Ostin Skott Miller məlumat verib.

Onun sözlərinə görə, hazırkı əməliyyatlar müdafiə xarakteri daşıyır: "Hücum əməliyyatlarımızı öhdəliklərimizin bir hissəsi olaraq dayandırmışıq. Bu addımlar sadəcə sınaq dövrü üçün həyata keçirilir. Hökumət qüvvələrinə qarşı hücum olacağı təqdirdə ABŞ və Əfqanıstan özlərini müdafiə edə biləcəklər.

Azaldılmış hərbi fəaliyyət davam edəcəyi təqdirdə Birləşmiş Ştatlar və Taliban sülh sazişi imzayalarsa, minlərlə amerikalı əsgər ABŞ-a qayıdacaq. Bunun müqabilində Taliban Əfqanıstanın müxtəlif siyasi partiyaları ilə danışıqlara başlayacağını və terrorçuların Qərbə hücum etməmələrini təmin edəcəyini vəd edib.


Müəllif: Teleqraf.com