25 Fevral 2020 11:55
2 420
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Baş nazir Nikol Paşinyan müdafiə naziri David Tonoyanı istefaya göndərə bilər”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Fakt” qəzeti məlumat yayıb.

Qəzet qeyd edir ki, hakimiyyət dəyişikliyindən sonra uzun müddət reytinqi yüksək olan Tonoyanın hökumətin araşdırmalarına görə, son vaxtlarda nüfuzu əhəmiyyətli dərəcədə aşağı düşüb:

“Onun istefasını tələb edən çox sayda vətəndaş meydana çıxdı, güman ki, bu, təkcə orduda baş verən insidentlər və artan itkilərə görə deyil, həm də Rusiya mediasında onun əleyhinə tirajlanan məlumatlarla əlaqədardır. Düzdür, son bir il yarım ərzində Tonoyanın istefası ilə bağlı məlumatlar bir neçə dəfə yayımlandı. İndi isə, necə deyərlər, vəziyyət tamamilə yetişib”.

Nəşrin iddiasına görə, Tonoyan ətrafında Rusiya ilə bağlı qalmaqallardan səbri alt-üst olan Paşinyan onu istefaya göndərə bilər.

“Fakt” baş nazirin Tonoyanın onu hədəfə gətirdiyinə inandığını yazıb.


Müəllif: Mənsur Rəğbətoğlu