25 Fevral 2020 14:50
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney azərbaycanlı milli-mədəni fəal Yusif Kari 2 il azadlıqdan məhrum edilib.

Teleqraf.com xəbər verir ki, azərbaycanlı fəal İran hakimiyyəti əleyhinə təbliğat aparmaqda ittiham edilib.

Yusif Kari İran məhkəməsinin ittihamlarını əsassız hesab edərək, qəbul etmir.

Yusif Karinin 28 yaşı var, Ərdəbil sakinidir. Azərbaycanlı fəal işsizlikdən Tehrana gedərək bir müddət orada müxtəlif yerlərdə çalışıb. Ötən ilin sentyabr ayında İran kəşfiyyatı tərəfindən yaxalanıb. Hazırda Ərdəbil həbsxanasında saxlanılır.


Müəllif: Mənsur Rəğbətoğlu