26 Fevral 2020 01:36
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Dəməşq şəhərində sutka ərzində ikinci partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriyanın dövlət agentliyi "SANA" bildirib.

İlkin məlumatlara görə, söhbət minalanmış avtomobildən gedir.

Ölən və yaralananlar barədə məlumat verilməyib.

Qeyd edək ki, fevralın 24-də axşam saatlarında paytaxt "Tişrin" stadionunun yaxınlığında minalanmış avtomobil partlayıb. Hadisə nəticəsində 1 mülki şəxs həlak olub, digər bir şəhər sakini qəlpə yarası alıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər