Koronavirus Avropanı cənginə ala bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumat verən Avropa Birliyinin Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) direktoru Andrea Ammon koronavirusla bağlı daha təhlükəli ssenariyə hazır olmağın vacibliyini qeyd edib.
Ammon qeyd edib ki, virus bir neçə Avropa ölkəsində qeydə alınıb: "Virusun qarşısının alınması üçün müalicə metodu hələ hazır deyil. O üzdən daha təhlükəli ssenariyə hazır olmalıyıq".