26 Sentyabr 2014 12:37
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Ədliyyə naziri Erik Holder istefa verəcəyini bildirib.

Teleqraf.com sabah.com-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəsmiləri məlumat yayıb.

Məlumata görə, ABŞ-ın 82-ci və ilk Afro-Amerika naziri olan Holderin rəsmi istefası qarşıdakı saatlarda gözlənilir.

Ferquson şəhərindəki hadisələrin bu istefanın əsas səbəbi olduğu deyilir.

Ədliyyə nazirliyi rəsmilərinin verdiyi məlumatda Holderin vəzifədən getmək niyyətini sentyabrın əvvəlində prezident Barak Obamaya çatdırdığı qeyd edilib. Obamanın da Holderin istefasına dair açıqlama verməsi gözlənilir.

Xatırladaq ki, Ferquson şəhərində bu ilin iyul-avqust ayında iqtisadi vəziyyətin pisləşməsi ilə bağlı keçirilən etiraz mitinqlərində polislə baş verən toqquşmalarda 30-dan çox iştirakçı saxlanılıb.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər