Bütün İran ərazisində internetə çıxışlarda məhdudiyyət yaranıb.
Axar.az xəbər verir ki, bu barədə məlumat bu səhər saatlarında beynəlxalq “NetBlocks” monitorinq təşkilatının saytında yer alıb.
Məlumata görə, İranın əsas internet provayderləri bir saat ərzində tamamilə fəaliyyət göstərməyib. Daha sonra onların fəaliyyəti qismən bərpa olunub. İnternetə giriş ölkə səviyyəsində 50 faizə düşüb.
Qeyd edək ki, fevralın ayının 8-də də İranda internetə çıxışda problemlər yaşanmışdı.