“Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan 2016-cı ilin aprel müharibəsinin səbəblərini araşdıran parlament komissiyasında dindiriləcək”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Past” qəzeti məlumat yayıb.
Nəşr sözügedən komissiyanın Nikol Paşinyan hökumətinin keçmiş siyasi elitanın nümayəndələrinə qarşı mübarizə məqsədilə qurulduğunu istisna etməyib.
Mənbə yazır ki, Baş nazir Paşinyanı 2016-cı il aprel ayında baş verən döyüşlərdə Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinə məğlubiyyətindən daha çox, keçmiş hakimiyyəti zərərsizləşdirmək daha çox məşğul edir:
“2016-cı ilin aprel müharibəsindəki məğlubiyyətin səbəblərini araşdıran parlament komissiyası 2019-cu ilin may ayında qurulub. Bununla birlikdə ictimaiyyətin bu komissiyanın fəaliyyətinə münasibəti birmənalı deyil. Cəmiyyət məğlubiyyətin əsl səbəblərini bilmək istəyir, lakin aradan keçən dörd il ərzində əsl səbəblər təkidlə gizlədilir.
Digər tərəfdən, komissiyanın fəaliyyətinin siyasi kontekstdə olduğuna inananlar çoxdur, bu müddət ərzində komissiya bir çox keçmiş rəsmiləri dinirməyə çağırıb və bu günlərdə çağırılacaq adlar da məlumdur. Artıq Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın da bu kontekstdə dindiriləcəyi bəlli olub. Sərkisyan fakt qarşısında qoyulacaq: erməni ordusu niyə Azərbaycana məğlub oldu?”.
Xatırladaq ki, komissiyanın rəhbəri Ermənistan parlamentinin Müdafiə və Milli Təhlükəsizlik Komitəsinin sədri Andranik Köçəryandır.