5 Mart 2020 11:52
3 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçıların “xarici işlər naziri” Masis Mayilyanın Rusiyaya girişi qadağan edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “168 Jam” qəzeti məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, Mayilyanın federasiya ərazilərinə girişinə qadağa Rusiya hökuməti tərəfindən qoyulub.

Rusiyanın Ermənistandakı səfirliyi məsələ ilə əlaqədar açıqlama verməkdən imtina edib.

Məlumatda Rusiya hakimiyyət orqanlarının təkcə Masis Mayilyanın yox, Qarabağdakı separatçıların bir çox nümayəndəsinin federasiyaya girişinə qadağaların tətbiq edildiyi bildirib:

“Rusiyanın hakimiyyət orqanları Qarabağın bir sıra nümayəndələrinin federasiyaya girişini məhdudlaşdırmaq qərarına gəlib. Məlumata görə, martın 31-də keçiriləcək seçkidə Masis Mayilyan “Qarabağ prezidenti” seçilsə belə, qadağa qüvvədə qalacaq və o, Rusiyaya gedə bilməyəcək. Mənbələrimizə görə, bu qərarı verməyin səbəbi Mayilyanın Qərblə sıx əlaqəsidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər