Güney Azərbaycanın Ərdəbil şəhərində koronavirus epidemiyası geniş vüsət alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ərdəbil Tibb Universitetinin rəisi Qudrət Əxəvan Əkbəri danışıb.
O, tibbi laboratoriyalarda infeksiyanın yoxlanılması üçün testin olmadığını deyib.
“Xəstələrdən alınan nümunələr yoxlanılmaq üçün Tehrana göndərilir,” - Əxəvan Əkbəri bildirib.
Onun sözlərinə görə, hazırda 170 nəfər infeksiyaya yoluxduğu şübhəsi ilə xəstəxanlara yatırılıb, onlardan doqquz nəfəri isə dünyasını dəyişib.