Çinin Uhan şəhərində 100 yaşlı bir xəstə koronavirusdan sağalıb.
Teleqraf.com xəbər verir ki, bu, dəhşətli infeksiyaya qalib gələn ən yaşlı insandır.
Alsgeymer, yüksək təzyiq və ürək problemlərindən əziyyət çəkən xəstənin müalicəsində anti-viral dərmanlardan, plazma köçürmələrindən və ənənəvi Çin təbabətindən istifadə edildiyi bildirilir.
Onunla bərabər daha 80 xəstənin sağalaraq evə buraxıldığı qeyd edilir.
Bu xəbər Çində qorxulu xəstəliyin əlacının tapıdlığı iddialarına yol açıb.