İran Silahlı Qüvvələrinin (SEPAH) Fereydunkenar şəhərindəki qüvvələrinin komandanı, polkovnik Abdulla Cəfərzadə koronavirusdan ölüb.
Teleqraf.com xəbər verir ki, Abdulla Cəfərzadə Sari şəhərindəki xəstəxanalardan birində vəfat edib.
Məlumata görə, yerli KİV SEPAH komandanının ürəyində yaranmış problemdən öldüyünü iddia etsə də, Mazandaran əyalətinin xəstəxanalarındakı mənbələr onun koronavirusdan öldüyünü bildiriblər.
İran Səhiyyə Nazirliyinin açıqladığı son statiskada ölkədə bu virusdan ölənlərin sayının 237, yoluxanların sayının isə 7161 nəfərə çatdığı qeyd edilib.