11 Mart 2020 10:23
2 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Əfqanıstanın Nənqahar vilayətində İŞİD terror təşkilatı ilə döyüşlərdə Taliban qruplaşmasına dəstək verib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Qüvvələrinin komandanı, general Kennet Makkenzi açıqlama verib.

General ABŞ-la anlaşmadan sonra Talibanın Amerika və koalisiya qüvvələrinə hücum etmədiyini, bununla belə atəşkəs rejimini pozduğunu bildirib.

Makkenzi Taliban Nənqaharda İŞİD terror təşkilatı ilə qarşıdurmaya girdiyini deyib:

“Nənqahar vilayətinin cənubunda Talibanın İŞİD-i sıxışdırıb yox etdiyini izlədik. Bu qarşıdurmada bizdən məhdud çərçivədə dəstək aldılar”.

Makkenzi Talibana hansı formada dəstəyin verildiyini açıqlamayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər