Birləşmiş Ştatlar Suriyada "İslam dövləti" radikal qruplaşmasının mövqelərinə yeni seriya aviasiya zərbələrini həyata keçirib.
Trend Frans Press agentliyinə istinadən bu barədə şənbə günü Pentaqondakı mənbə xəbər verir.
"Təsdiq etməyə hazıram ki, Birləşmiş Ştatlar Suriyada hava əməliyyatlarını davam etdirirlər", - ABŞ müdafiə nazirliyinin nümayəndəsi bildirib, bu barədə RİA Novosti yazır.
Mənbə daha ətraflı məlumat açıqlamasa da bildirib ki, ABŞ-ın Suriya ərazisində hərbi iştirakı indi "demək olar ki, daimi" xarakter daşıyır.