27 Sentyabr 2014 09:32
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatlarının (ABŞ) qurduğu koalisiyanın İŞİD-ə qarşı həyata keçirdiyi hücumlardan sonra terror qruplaşması hərəkət planlarında dəyişiklik ediblər.

ANS PRESS-in məlumatına görə, Kərkükün cənubunda yaşayan qəbilə liderlərindən biri İŞİD terrorçularının artıq əvvəlki kimi zirehli maşınlarda gəzmədiyini, diqqət çəkməməyə çalışdıqlarını bildirib.

“Onlar əvvəlki kimi hərbi karvanlar şəklində gəzmirlər. Bunun əvəzində motosiklet, velosiped və lazım olarsa, qoruyucu rəngdə olan avtomobillərdən istifadə edirlər. Bundan başqa, İŞİD-çilər iz azdırmaq üçün boş evlərə bayraqlarını asırlar. Amma əvvəlki vaxtlarla müqayisədə indi insan ölümləri azalıb. Əvvəllər insanlaı su içmək kimi asan yolla öldürürlər.” – deyə qəbilə lideri sözlərinə əlavə edib.

İŞİD terrorçuları mobil telefondan da az istifadə edirlər. Silahlılar nömrələrini dəyişirlər, işlətmədikləri halda bağlayırlar. Gizlənmək üçün müxtəlif üsullara əl atan silahlılardan bəziləri evlərin həyətində iki nəfərlik xəndəklər qazaraq orada gizlənirlər.


Müəllif:

Oxşar xəbərlər