12 Mart 2020 12:23
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanda bütün ictimai tədbirlər koronavirus təhlükəsi ilə bağlı ləğv edilir.

Teleqraf.com xəbər verir ki, bunu ölkə prezidenti Kasım-Jomart Tokayev bildirib.

“Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan etdi. Hökumət xüsusi qabaqlayıcı tədbirlər həyata keçirməyə başlayır. İctimai tədbirlər ləğv olunur ”, – deyə Qazaxıstan lideri “Tvitter”də yazıb.

O, həmçinin, vətəndaşların ərzaq və zəruri mallarla təmin olunmasında fasilələrin olmayacağını qeyd edib.

Öz növbəsində Qazaxıstan Baş nazirinin müavini, Maliyyə naziri Əlixan Smailov iyun ayında Nur-Sultanda keçirilməsi planlaşdırılan Dünya Ticarət Təşkilatının nazirlik konfransının ləğv olunduğunu açıqlayıb.

“Artıq ləğv edildi”, – “RİA Novosti”nin koronavirusun yayılması təhlükəsi səbəbindən toplantının mümkün ləğvinə dair sualına Smailov belə cavab verib.

Qeyd edək ki, Qazaxıstanda hələlik koronavirus infeksiyası COVID-19-a yoluxma halına rast gəlinməyib.


Müəllif: Səxavət

Oxşar xəbərlər