15 Mart 2020 12:29
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran parlamentinin 2-ci tur seçkiləri təxirə salınıb.

Teleqraf.com xəbər verir ki, İranın Konstitusiyaya Nəzarət Şurası seçkiləri 21 avqust tarixinə keçirib.

Şura ölkədə koronavirusun yayılmasına görə, İranın Daxili İşlər Nazirliyinin əlaqədar müraciəti ilə razılaşıb.

Qeyd edək ki, İranda 21 fevralda sayca 11-ci parlament seçkiləri keçirilib. 15 dairədə namizədlər lazımi səsi toplaya bilmədikləri üçün 2-ci tur seçkilər aprelin 17-nə təyin olunmuşdu.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər