16 Mart 2020 12:34
3 733
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Misir hakimiyyəti Bəşər Əsəd rejimi ilə Suriyadakı kürd birləşmələri arasında əlaqə qurmağa çalışır”.

Teleqraf.com xəbər verir ki, bu barədə ərəb “Əl-Ərəbi əl-Cədid” nəşrində dərc olunan məqalədə bildirilib.

Məqalədə qeyd edilib ki, Fars körfəzinin əsas monarxiyaları - Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən dəstəklənən vasitəçilik Türkiyənin Suriyanın şimalındakı hərbi fəaliyyətlərinə qarşı yönəlib.

Məlumata görə, misirlilər kürdlərin Suriya Demokratik Qüvvələri (SQD) terror təşkilatının siyasi qanadını (PYD) Dəməşqlə dialoqa razı salmaq niyyətindədir. Misir hökumətinin rəsmi nümayəndələri artıq bu məqsədlə Suriyanın mərkəzi hakimiyyət orqanları ilə əlaqə yaradıblar.

Rusiyalı politoloq Kirill Semyonov hesab edir ki, bu xəttin - ərəb “üçlüyünün” (BƏƏ, Səudiyyə Ərəbistanı və Misir) yanaşması Suriya hökumətinə uyğundur:

“Onlar Suriya Demokratik Qüvvələrini Dəməşqə təsir elementinə çevirmək və ittifaqı Türkiyəyə qarşı bir vasitə kimi istifadə etmək istəyirlər. Buna görə də, onlar həm kürd qüvvələrinin hərbi potensialını gücləndirməkdə, həm də vasitəçi rolunu oynamaqda maraqlıdırlar. Bu, üçlüyün Suriyada İrana qarşı birgə mübarizə aparmasında da imkan yaradardı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər