Baş nazirin müavini Tatyana Qolikova martın 16-na olan məlumata görə, Rusiyada COVID-19 koronavirus infeksiyasına yoluxanların sayının 93 nəfər olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Onun sözlərinə görə, yeni yoluxan 7 nəfər Rusiya ərazisində xəstələrlə təmasda olan şəxslərdir.
Baş nazirin müavini koronavirusla bağlı tibbi nəzarət altına alınan 15 min nəfərin tamamilə sağlam olduğunu da deyib.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın səhiyyə naziri Mixail Muraşko reanimasiya və infeksion xəstəliklərə qarşı mübarizə xidmətlərinin yüksək hazırlıq vəziyyətinə gətirildiyini bildirmişdi.