17 Mart 2020 13:53
2 974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenkonun koronavirusla bağlı tövsiyələri maraqla qarşılanıb.

Teleqraf.com xəbər verir ki, Belarus lideri tez-tez əlləri yumağı, vaxtında səhər yeməyi yeməyi, nahar və şam etməyi məsləhət görüb.

“Özüm spirtli içki içən deyiləm, amma son zamanlar zarafatyana deyirəm ki, araq yalnız əlləri yumaq üçün lazım deyil. Bu virusu zəhərləmək üçün gündə 40-50 qram alkoqol qəbul etmək olar. Amma iş yerində yox”, - deyə Lukaşenko qeyd edib.

Belarus Prezidenti həmçinin insanlara sağlamlıq arzulayıb və saunaya getməyi tövsiyə edib: “Həftədə 2-3 dəfə getmək faydalıdır”.


Müəllif: Leyla

Oxşar xəbərlər